Aprelin 23-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə Türkoloji Qurultay – 100 mövzusunda Respublika elmi konfransının materialları çap olunub. Topluda professor Nadir Məmmədli “I Türkoloji Qurultaydan öncə – Tarixi kontekst”, professor Mahirə Hüseynovanın “I Türkoloji Qurultayın 100 illik tarixinin ilk mərhələləri”, Baba Məhərrəmlinin “I Türkoloji Qurultayın tarixi önəmi”, Şükrü Halük Akalının “I Türkoloji Qurultayın mirası” , İsmayıl Kazımovun “I Türkoloji Qurultayın türkologiyanın sonrakı inkişafına təsiri” və sair məqalələr yer alıb.
Topluda Nadir Məmmədli “I Türkoloji Qurultaydan öncə – Tarixi kontekst” məqaləsində qeyd edir ki, Türk xalqları üzərində təsirini gücləndirmək məqsədilə təşəbbüsü ələ alaraq, bu istiqamətdə ilk böyük addım kimi 1926-cı ildə Bakıda I Türkoloji Qurultayı keçirdi. Qurultay Azərbaycanın dünya türkoloji ictimaiyyəti qarşısında mühüm tarixi hadisə olmuş, ölkəmizin bu sahədəki mövqeyini və yerini nümayiş etdirmiş, türkoloji elmi-praktik mühitin miqyasını aydın şəkildə göstərmişdir. Bu qurultay SSRİ-nin sərhədlərini aşaraq beynəlxalq miqyasa çevrilmişdir. Nəticə etibarilə, bu Qurultay türk xalqlarının dili, ədəbiyyatı, etnoqrafiyası və coğrafiyasını araşdırmaq məqsədilə sistemli elmi tədbirlərin başlanğıcı oldu.
Bu qurultay, həm Sovet Rusiyasının mədəni və elmi sahədə Türkiyəni qabaqladığını nümayiş etdirdi, həm də türk xalqlarının dili, ədəbiyyatı, etnoqrafiyası və coğrafiyasını araşdırmaq məqsədilə sistemli elmi tədbirlərin başlanğıcı oldu.
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi