Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hördi bağışlaya bilmək üçün şərt irəli sürüb.
“İki sahil” xəbər verir ki, aktyor məhkəmə tərəfindən Emberin ona verməli olduğu təzminatı bağışlaya bilər. Məlum olub ki, Ember həmin pulu ödəmə imkanı olmadığı barədə Conniyə danışıb. Bundan sonra aktyorun vəkili açıqlama verərək məhkəmə prosesində məqsədin əslində sənətçinin keçmiş həyat yoldaşından pul almaq deyil, öz reputasiyasını bərpa etmək olduğunu vurğulayıb:
“Cənab Depp üçün bu, heç vaxt pul məsələsi olmayıb. Məqsədi öz reputasiyasını bərpa etməkdən ibarət idi və o, bunu bacardı. Onun çiyinlərindən böyük yük götürüldü və hiss edirəm ki, altı ildən sonra o, nəhayət həyatına qayıtdı".
Eyni zamanda, Deppin vəkili əlavə edib ki, Conni keçmiş həyat yoldaşı apellyasiya şikayəti vermədiyi təqdirdə ona verilməli olan pulu bağışlayacaq: "Onun çiyinlərindən böyük bir yük götürüldü və mən hiss edirəm ki, altı ildən sonra o, nəhayət həyatına qayıtdı".
Hazırda iyunun 24-dək tərəflərin razılığa gəlməsi gözlənilir.
Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.