"Elzanın heç bir plastik cərrahiyyəyə ehtiyacı yoxdur. Danışmırıq, neçə dəfə cəhd etdim alınmadı. Qadının sifəti gözəldir. Müğənnilər arasında makiyajsız gözəl olan qadınlardan biridir".
“İki sahil” xəbər verir ki, müğənni Roza Zərgərli Əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. İfaçı küsülü olduğu Seyidcahanın gözəlliyinə tərfilər yağdırsa da, onu tənqid də edib.
"Elzanın beyin cərrahiyyəsinə ehtiyacı var. Başqa heç nəyə ehtiyacı yoxdur. Amma estetik olaraq, yaşına, sanbalına, görünüşünə görə üz cizgiləri gözəldir" deyə, Elza əlavə edib.
Qeyd edək ki, Roza və Elza arasındakı qalmaqala Seyidcahanın ifaçının bədən quruluşuna lağ etməsi səbəb olub.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər