11 iyun 2022 08:08
800

Bosniya və Herseqovinada yüzlərlə ev sel suları altında qalıb

Bosniya və Herseqovinada güclü leysan yağışları ölkənin şimal-şərqindəki Çelik bələdiyyəsində daşqınlara səbəb olub.

"İki sahil" xəbər verir ki, şiddətli yağışlar Tuzla kantonunda Çelik çayının daşmasına səbəb olub.

Çelik bələdiyyə sədri Admir Hrustanoviç 100-dək evin su altında qaldığını və vəziyyətin kifayət qədər ciddi olduğunu açıqlayıb.

Daşqının külli miqdarda maddi ziyana səbəb olduğu bildirilir.