24 avqust 2026 00:46
76

Norveç kralı V Haraldın səhhəti pisləşib

Xəstəxanada müalicə alan Norveç kralı V Haraldın səhhəti pisləşib.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü Avropa mediası Kral Sarayının bəyanatına istinadla məlumat yayıb. “Əlahəzrət Kralın səhhəti həftəsonu pisləşib. Kral bakterial qan infeksiyası səbəbindən antibiotik müalicəsi alır”, - deyə açıqlamada bildirilir. Eyni zamanda, saray onun vəziyyətinin ümumilikdə stabil olduğunu və müalicənin nəticə verdiyini də qeyd edir.

Harald V 89 yaşındadır və Avropanın ən yaşlı dövlət başçısı hesab olunur. Monarx bu həftənin əvvəlində xəstəxanaya yerləşdirilib.