12 iyun 2022 21:23
843

Azərbaycanın istedadlı şagirdləri Formula 1 yarışında

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Bakı Şəhər Halqasının birgə əməkdaşlığı  çərcivəsində ölkənin müxtəlif təhsil müəssisələrindən istedadlı şagirdlər Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün dəvət olunub.

Bakı Şəhər Halqasından “İki sahil”ə verilən məlumata görə, layihənin məqsədi məktəblilər arasında avtoidman yarışlarına marağı artırmaq, onları daha da maarifləndirməkdir. Azarkeşlərlə birgə yarış həyəcanını yaşayan 1600-ə yaxın məktəbli bu mötəbər tədbirin bir hissəsi olub.

Yarışın təşkilatçısı artıq 6 ildir ki, sosial yönümlü bir çox layihələr həyata keçirərək, Formula 1-in korporativ sosial məəsuliyyət fəaliyyətinə öz töhfəsini verməkdədir.

Hədəf məktəbliləri kiçik yaşlarından bu kimi dünya əhəmiyyətli sürət yarışını yaxından izləmələrinə imkan yaratmaqla yanaşı, onlarda Formula 1 yarışlarına daha çox maraq oyatmaq və  gələcəyin Formula 1 pilotunun yetişməsinə dəstək olmaqdır.