23 avqust 2026 20:27
126

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma İspaniya ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan oyun komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi turnirdəki ilk matçında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəlib. İspaniya komandası isə ilk matçda Belçikaya məğlub olub - 2:3.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyada ev sahibliyi edir. Bakıda C qrupunun oyunları keçirilir. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparırlar. C qrupunun matçlarına avqustun 28-də yekun vurulacaq.