Qardaşı Kamran Kərimbəyov üçün donor olan müğənni Nərmin Kərimbəyova səhhəti haqda danışlıb.
“İki sahil” xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. O bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Mənə görə narahat olanlar, yazanlar , zəng edənlər, dua edənlər... Bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın, artıq palatadayam. Hələ ki, qanazlığı və ağrılarla mübarizə aparıram. Allah kərimdir".
Qeyd edək ki, Nərmin bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkir.