14 iyun 2022 17:19
697

Salyanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Salyan rayonundakı Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş «Qurtuluşumuzun memarı» adlı tədbir keçirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri  Elmar Əhmədov və paritiya fəalları, həmçinin Salyan rayon mədəniyyət evinin əməkdaşları, rayon ziyalıları işirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründəki siyasi-ictimai fəaliyyəti, həyata keçirdiyi islahatlar və strateji tədbirlər, dövlət və xalq qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirib ki,  15 İyun-Milli Qurtuluş Günü  adi təqvim günü deyil,  böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir bayramdır. 15 iyun, eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün  Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib çıxma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir.

Tədbirdə çıxış edən digər iştirakçılar vurğulayııblar ki, bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti sayəsində Azərbaycan yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirməkdədir. Bildirilib ki, Vətən müharibəsində qazanılan qələbə, azad edilmiş torpaqlarda təməli qoyulan infrastruktur layihələri, Böyük Qayıdışın reallaşdırılması istiqamətində görülən tədbirlər Müzəffər Ali Baş Komandanın uğurlarının nəticələridir.

Tədbirdə həmçinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Həmçinin rayon mərkəzindəki  Heydər Əliyev muzeyinə baxış və sərgiyə baxış keçirilib.