Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 15 iyun - Qurtuluş Günü ilə əlaqədar növbəti tədbir keçirib.
“İki sahil” xəbər verir ki, tədbir Biləsuvar şəhər 2 saylı kitabxanasının həyətində baş tutmuşdur. Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, YAP Biləsuvar rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri iştirak etmişlər.
Tədbirdə Qurtuluş gününün xalqımızın və dövlətimizin həyatında oynadığı tarixi rol barədə fikirlər ifadə olunmuşdur.
Əlamətdar günlərdə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə danışan tədbir iştirakçıları müxtəlif təkliflər səsləndirmişlər.
Tədbirin yekununda xatirə şəkli çəkilmişdir.