Lerik rayonunda 15 İyun - Milli Qurtuluş Günü qeyd edilib.
“İki sahil” xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov,Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti, müəllimlər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.