15 iyun 2022 16:39
729

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1846 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza vaksin vurduranların sayı 1160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 114 nəfərdir.