15 iyun 2022 17:29
926

Şəhid Tural Həsənovun doğum günündə xatirəsi anılıb - FOTO

Şəhid Həsənov Tural Rauf oğlunun doğum günü münasibətilə Milli Məclisin deputatı Mahir Abbaszadə, Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının Sədri İlqar İlyasov, Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçıın rayon filialının sədri Babək Aslanov, bir qrup Qarabağ qaziləri və döyüşçüləri, YAP fəalları, Şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət etdilər.

“İki sahil” xəbər verir ki, şəhidlərimizin ruhuna dualar oxundu, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi anıldı.

Tədbirdə çıxış edən qonaqlar Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, 44 günlük müharibədə ordumuzun şücaətlərindən danışdı.

Çıxışçılar, şəhidin təhsil aldığı dövrdən, göstərdiyi şücaətlərdən, keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söhbət açdılar. Şəhidin ailə üzvləri, Şəhid ailələrinə, Qarabağ qazilərinə və döyüşçülərinə göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirdilər.