15 iyun 2022 21:29
862

Göyçayda Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib FOTO

Göyçayda 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti  icra edən İkram Vəliyev, YAP Göyçay rayon təşkilatının sədri  Sahib Şükürov, təşkilatın əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailəri, müharibə iştirakçıları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin  rayonun mərkəzində yerləşən abidəsi önünə gül çiçək dəstələri düzülüb , dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyində böyük əhəmiyyət kəsb edən hadisələrdən olan 15 İyun- Milli Qurtuluş Günü müasir tariximizin  ən şanlı səhifələrdəndir. Tariximizə qızıl hərflərlə yazılmış bu tarixi gün xalqımızın nicatına doğru gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda bu günki Zəfərimizin başlıca təməli idi. Bu günkü müstəqil  və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu baxımdan da doğma məmləkətimiz, qüdrətli Azərbaycanımız var olduqca, Ulu Öndər Heydər Əliyevin adı da ürəklərdə əbədi olaraq daima yaşayacaqdır!

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd etdi ki, 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan-parçalanma təhlükəsindən qurtardı. S.Şükürov bildirdi ki,bu gün Ulu Öndərin siyasi kursu Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir  və ölkəmiz sürətlə inkşaf edir ,böyük nailiyyətlər, Zəfərlər əldə edir.

 Daha sonra S.Şükürov Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə partiyanın üzvlük vəsiqəsini təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 Tədbir rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam edib.