16 iyun 2022 13:15
712

Cəlilabadda şəhid Ələkbər Musayevin xatirəsi yad edilib FOTO

YAP Cəlilabad  rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və partiya fəalları 16 iyun 2022-ci il tarixdə Cəlilabad rayon Fərzili kəndində şəhid Musayev Ələkbər Əlövsət oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

“İki sahil” xəbər verir ki,  sonra  tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.