Məşhur türkiyəli aktyor Burak Özçivit Bakıya səfər edəcək.
“İki sahil” xəbər verir ki, “Kuruluş Osman” serialında rol alan sənətçi Bakıya iyulun 2-də təşkil olunacaq kikboksinq turniri ilə bağlı gələcək.
Onu “Kuruluş Osman”da rol alan kikboksçu Zabit Səmədov müşayiət edəcək.
Qeyd edək ki, iyulun 2-də Türkiyənin “Loca” döyüş klubunun təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində azərbaycanlı və türkiyəli kikboksçuların əcnəbi idmançılara qarşı döyüş gecəsi baş tutacaq.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər