Xalq artisti Flora Kərimova nənə olub.
“İki sahil” xəbər verir ki, müğənninin qızı Zümrüdün oğlu dünyaya gəlib. Bu haqda jurnalist Ülkər Qasımova məlumat yayıb.
"Flora xanımımın göz nuru olan Zümrüdü oğul anası olub. Flora xanım, nənə olmanız münasibətiylə sizi təbrik edirəm. Zümrüdümüzün körpəsi qucağındadır, şükür" deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, Zümrüd hazırda İngiltərədə yaşayır. O, ikinci dəfə ailə qurub.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər