Ukraynanın Əməkdar artisti Svetlana Loboda döyüş əməliyyatları zamanı dağıdılan, böyüdüyü İrpen şəhərinə yollanıb.
“İki sahil” xəbər verir ki, müğənni bunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Ukraynalıların burada baş verən hər şeyi bağışlamaları üçün nə baş verəcəyini bilmirəm! Müharibənin 112-ci günü" deyə, Loboda İnstaqramda yerləşdirdiyi videoya yazıb.
Müğənni dağılmış körpünü və evləri öz gözləri ilə görüb, yerli sakinlərlə və şəhərin meri Aleksandr Markuşinlə söhbət edib.
Xatırladaq ki, iyunun əvvəlində S.Loboda Ukraynada hərbi əməliyyatların başlaması və davam etməsi ilə əlaqədar verilən fasilədən sonra böyük səhnəyə qayıdıb. O, bir neçə dəfə orada yaşayan insanlara yardım edib.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər