16 iyun 2022 17:09
911

“Vəkillik peşəsi uşaqların gözü ilə” adlı uşaq rəsm sərgi-müsabiqəsi keçirilib

“Vəkillik peşəsi uşaqların gözü ilə” adlı uşaq rəsm sərgi-müsabiqəsi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov, BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva, vəkillər və digər rəsmi qonaqlar iştirak edib.

Sərgi 18 iyun Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunub.

Tədbirdə çıxış edən Anar Bağırov bildirib ki, sərginin keçirilməsində məqsəd vəkillik peşəsinə olan marağı daha da artırmaqdır: "Ölkədə vəkillərin və vəkil qurumlarının sayı artıb. Buna görə bizə maraqlıdır ki, gənclərimiz, gələcək vəkillərimiz bizim peşəni necə görürlər və yanaşırlar. Sərgidə 80-dən çox rəsm əsəri nümayiş olunub. Qaliblər tərəfimizdən mükafatlanıdırılacaq. Ümid edirik ki, bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək".

Sədr əlavə edib ki, tədbirdə həmçinin vəkillər və bürolar tərəfindən Qarabağ Dirçəliş Fonduna dəstək aksiyası baş tutacaq: "Bu da hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpası üçün mühüm əhəmiyyət kəsb edir".

Daha sonra sərgidə nümayiş olunan əsərlərə baxış keçirilib.