17 iyun 2022 12:32
735

İndi başa düşürəm ki, Putinin masası niyə belə uzundur - Zaxarovadan fotoya şərh

İyunun 16-sı Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Görüş, həmçinin liderlərin bir neçə səmimi fotosu ilə də yadda qalıb.

“İki sahil” xəbər verir ki,  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Zelenski və Makronun yer aldığı bu fotolardan birini şərh edib.

“İndi başa düşürəm ki, Putinin masası niyə belə uzundur”, - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, fevralın 7-si Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.

Görüşdə tərəflər arasında uzun masadan istifadə olunub. Kremlin daha sonradan verdiyi açıqlamaya görə, görüşdə uzun masadan istifadə olunmasına səbəb koronavirusla bağlı görülən təhlükəsizlik tədbirləri olub.