17 iyun 2022 14:00
932

Bakıda körpüdə qəza olub - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Xəbərə görə, Abdulvahab Salamzadə küçəsində körpüdə (üzü Ziya Bünyadov prospekti istiqamətində) baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub. Sıxlıq Qələbə dairəsindən başlayır.