17 iyun 2022 15:19
894

Eşq iddialarını bu foto ilə cavabladı - FOTO

Türkiyəli aktyor Hakan Kurtaş həmkarı Özgə Yağızla haqqlarında çıxan eşq iddialarını yalanlayıb.

“İki sahil” xəbər verir ki, aktyor instaqram hesabında ilk dəfə sevgilisi Pınar Bulutla səmimi fotosunu paylaşıb. O, şəklə "Gülmək üçün "yaradılıb" şərhini yazıb.

Qeyd edək ki, Hakanla Özgə hazırda "Baba" serialında tərəf müqabilidir. Aktrisa nişanlısı Gökbərk Dəmircidən ayrıldıqdan sonra Hakanla münasibətdə olduğu iddia edilmişdi.