UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd-günlük təlim proqramı bu gün başa çatıb.
Mədəniyyət nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, təlim proqramının son günündə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edib.
Yeni yaradılmış ictimai platformanın (“Heritage Azerbaijan” platforması) məqsədi kimi mədəni irs sahəsində müasir çağırışlar fonunda qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin stimullaşdırılması, maarifləndirmə və məlumatlılığın artırılması üçün təbliğat kampaniyalarının həyata keçirilməsi, bilik-bacarıqların artırılması, dövlət-özəl, dövlət-icma, özəl-icma əməkdaşlığının təşviqi, mədəni irsin qorunması, bərpası və inkişafında icma mədəniyyətinin inkişafı kimi məqsədlərin aktual ola biləcəyini vurğulanıb.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər