18 iyun 2022 15:01
1019

BƏƏ-dən olan səyyah Qarabağdakı dağıntılardan sarsılıb

Qarabağda infrastrukturun sürətli inkişafı heyranlıq doğurur.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə Birləşmiş Ərəb Əmirliklərindən olan səyyah Priti Sinqh bir qrup beynəlxalq səyyahın Qarabağa səfəri zamanı deyib.

"Qarabağa səfər çox gözəl idi, hər mərhələsi mənim xoşuma gəldi. Burada infrastrukturun inkişafı, hər şeyin tez bir zamanda işə salınması heyranlıq doğurur", - deyə o bildirib.

O əlavə edib ki, Qarabağdakı dağıntılar onu sarsıdıb.

"Bu, çox kədərlidir, amma fikrimcə, Azərbaycanın bərpa ilə bağlı bütün təşəbbüsləri vətəndaşlar üçün zəruri şəraitin yaradılmasında böyük addım olacaq", - səyahətçi deyib.

P.Sinqh əlavə edib ki, Azərbaycanın məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün göstərdiyi səylərdən heyranlıq duyur.

"Ağıllı kənd" konsepsiyası gördüyümüz bütün dağıntılardan sonra həqiqətən də heyrətləndirir", - deyə o bildirib.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə tanış olublar.