Ötən gün ölkəmizdə aparılan 2 min 189 test nəticəsində məlum olub ki, 26 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 792 min 985-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 1 nəfərin dünyasını dəyişməsi nəticəsində virusdan ölənlərin ümumi sayı 9 min 716-ya yüksəlib.
Daha 6 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 783 min 151-ə yüksəlib.