Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 522 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 256, “buster” doza ilə peyvənd olunanların sayı 934, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 143 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 752 min 122, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 352 min 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 852 min 83 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 299 min 954, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 min 20 nəfərdir.