Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 265 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 198, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 148, “buster” doza ilə peyvənd olunanların sayı 802, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 117 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 753 min 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 352 min 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 852 min 231 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 300 min 756, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 min 137 nəfərdir.