19 iyun 2022 20:08
620

Komandamız Avropa çempionatını 4 medalla başa vurub

İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə keçirilən Avropa çempionatında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız 3 lent və 2 top ilə hərəkətlərin icrasında daha bir bürünc (31.900 xal) medal qazanıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatını 4 bürünc medalla başa vurub.