20 iyun 2022 16:39
684

Deputatlar Qazaxıstanın hakim partiyasının gəncləri ilə görüşüblər - FOTO

Milli Məclisin deputatları Anar Məmmədov və Əliabbas Salahzadə Qazaxıstan Respublikasının hakim partiyası AMANAT-ın gənc millət vəkilləri ilə görüş keçiriblər.

“İki sahil” xəbər verir ki, panel formasında keçirilən görüşdə Qazaxıstan Respublikasının hakim partiyası AMANAT-ın gənc millət vəkilləri ilə yanaşı, TÜRKPA üzv ölkələrinin gənc parlamentariləri də iştirak ediblər.

Görüş zamanı hakim AMANAT partiyasının  gənc millət vəkilləri, Azərbaycan Respublikasının millət vəkilləri, həmçinin Türkiyə Cümhuriyyəti millət vəkili, Özbəkistan Respublikasının millət vəkili də çıxış edib, ölkələrimiz arasında mədəni, iqtisadi inkişafın sürətlənməsinə dair fikir mübadiləsi aparılıb, gənc millət vəkillərinin bu prosesdə rolundan danışılıb.