21 iyun 2022 11:54
886

Erkan Petekkaya yeni serialda

Türkiyəli aktyor Erkan Petekkayanın yeni layihəsi bəlli olub.

“İki sahil” xəbər verir ki, aktyor "TRT1"də yayımlanması gözlənilən serialda rol alacaq. Çəkilişləri ötən gün start götürən "Ben ölmeden önce" ekran işinin adı isə dəyişdirilərək "Son gün" adlandırılıb.

Layihədə Erkanla birgə Uğur Yücel və Necip Memilli kimi simalar da yer alacaq. Serialın 8 bölümdən ibarət olması planlaşdırılır.

Qeyd edək ki, Erkan sonuncu dəfə "kırmızı oda" serialında rol alıb.