21 iyun 2022 12:36
817

Emin bunun üçün 400 milyon dollar xərclədiyini açıqladı

Xalq artisti Emin Ağalarov Bakıda tikdirdiyi "Sea Breeze" kompleksinə xərclədiyi məbləği açıqlayıb.

“İki sahil” xəbər verir ki, müğənni, iş adamı bu haqda "Rossiya-1" telekanalında yayımlanan "Vesti nedeli" proqramında danışıb. Verilişdə Azərbaycanla bağlı süjet yayımlanıb. 

Emin müsahibə zamanı "Bu gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollardır (680 milyon manat). Təxminən 300-400 min kvadratmetr daşınmaz əmlak tikilib" deyə, söyləyib.