21 iyun 2022 13:05
754

“Qarabağ” mövzusunda ssenari müsabiqəsinin vaxtı uzadılıb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin sənədlərin qəbulu mərhələsinin müddəti uzadıldıb.

Bu barədə "İki sahil"ə “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirillib ki, reqlamentə əsasən iyun ayının 30-da layihələrin qəbulu başa çatmalı idi. Çoxsaylı müraciətləri nəzərə alaraq müsabiqənin sənəd qəbulu mərhələsinin iyul ayının 15-ə qədər uzadılmasına qərar verilib. Sənədlərin qəbulu elektron şəkildə musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılır.
Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.