"Bavariya"ya keçəcəyi gözlənilən Sadio Mane Münhen klubunun forması ilə görüntülənib.
“İki sahil” xəbər verir ki, fotonu "Sports Digitale" nəşri dərc edib. Sabah Almaniya klubunun 30 yaşlı futbolçu ilə müqavilə imzaladığını rəsmən açıqlayacağı da bildirilir. Bu gün isə Manet Münhendə tibbi müayinədən keçib.
Bundan əvvəl tərəflərin artıq sövdələşmənin bütün şərtləri ilə bağlı razılığa gəldiyi bildirilib. "Liverpul"un bu transferdən 41 milyon avro qazanacağı qeyd olunub.
Mane 2016-cı ilin iyulundan "Liverpul"da çıxış edir. Hücumçu 2021/22 mövsümündə komandanın heyətində 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.