21 iyun 2022 19:37
809

Finalçılar müəyyənləşib FOTO

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

“İki sahil” xəbər verir ki,  müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

Oğlanlar arasında 16, qızlar arasında 2 çəki dərəcəsində 36 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Azərbaycan birinciliyinə iyunun 22-də yekun vurulacaq. Oğlan boksçular 16, qızlar 7 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər. Final döyüşləri saat 13:00-da başlanacaq.