22 iyun 2022 16:16
727

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

“İki sahil” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola salıb.