“Media haqqında” qanunda Azərbaycanda Media Reyestri yaradılması da öz əksini tapıb. Jurnalistlərin könüllü əsasla düşəcəyi reyestr sisteminin yaradılması isə Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub.
“İki sahil” İTV-yə istinadla xəbər verir ki, MEDİA-nın şöbə müdiri Səidə Şəfiyeva bu istiqamətdə görüləcək işlərlə bağlı danışıb.
O bildirib ki, fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci ilin 24 fevral tarixində sərəncam imzalayıb:
“Həmin sərəncamla Medianın İnkişaf Agentliyinə Media Reyestri yaradılması qaydalarının aparılması qaydalarının layihəsini, həm də jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsi formasının hazırlanması ilə bağlı tapşırıq verilib.
Müvafiq tapşırıq qurum tərəfindən icra olunub və qeyd olunan layihələr aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib
“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışı sağlamlaşdırma tədbirlərinə həsr olunub - Video