Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında qida zəncirinin müxtəlif mərhələlərində həyata keçirilən sağlamlaşdırma tədbirlərindən bəhs olunur. “İki sahil” xəbər verir ki, materialda heyvan və ərzaq bazarlarında, eləcə də istehsal müəssisələrində aparılan sağlamlaşdırma işlərinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolu diqqətə çatdırılır.
Eyni zamanda qənd və karamel emalı müəssisəsində aparılan sağlamlaşdırma işləri də təqdim olunur. Bildirilir ki, Agentliyin metodiki dəstəyi və verilən tövsiyələr əsasında müəssisədə aşkar edilmiş nöqsanlar aradan qaldırılıb, fəaliyyət qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılıb.
Videoda sağlamlaşdırma tədbirlərinin sağlam və dayanıqlı biznes mühitinin formalaşdırılmasına, eyni zamanda istehlakçıların təhlükəsiz qida ilə təmin olunmasına xidmət etdiyi vurğulanır.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib