Məhkəmə britaniyalı müğənni-bəstəkar Ed Şirana uduzub.
“İki sahil” xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, ifaçı "Shape of you" mahnısı ilə bağlı ikinci müəllif hüquqları iddiasını qazanıb. Məhkəmə sənətçiyə 1,1 milyon dollar məbləğində təzminat ödəmək qərarı alıb.
Nəşr qeyd edir ki, bu məbləğ Şiranın məhkəmə xərclərinin təxminən 90%-ni təşkil edir.
Məhkəmə Şiranın sözügedən mahnısının Sami Çokrinin 2015-ci ildə ifa etdiyi “Oh Why” ifasından götürülmədiyinə qərar verib. Müğənni isə öz növbəsində həmin mahnını ümumiyyətlə eşitmədiyini deyib.
Qeyd edək ki, Şiran bundan başqa "Thinking out loud" mahnısının plagiat olması ilə bağlı iddia üzərində mübarizə aparır. O, 2016-cı ildə "Fotoqraf" treki ilə bağlı eyni problemi məhkəməsiz həll etmişdi.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər