Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 24 iyun tarixində Prezident səlahiyyətlərini icra etməyə başlamasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı aksiya keçirib.
“İki sahil” xəbər verir ki, aksiya iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının banisi, ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Aksiyada Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək 1993-cü ilin iyun ayında ölkədə baş vermiş hadisələrdən, həmin dövrdə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün səriştəsizliyi üzündən xalqın və ölkənin parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmasından söz açdı. Həmin dövrdə yaranmış problemləri yalnız dahi şəxsliyyət Heydər Əliyev həll edə, xalqı və ölkəni böhrandan çıxara bilərdi. Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gələn Ulu Öndər 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi və 9 gün sonra isə ölkə Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Bu əlamətdar hadisədən sonra ölkədə həyat öz axarına qayıtdı, Ulu Öndərin düzgün siyasəti nəticəsində daxili sabitlik təmin olundu, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün ciddi tədbirlər görüldü. Müasir müstəqil Azərbaycanın qazandığı hər bir uğurun təməlində dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu dayanır. Ulu Öndərin siyasi kursunu zamanın tələbləri çərçivəsində həyata keçirən cənab Prezident İlham Əliyev isə Azərbaycanın gələcək tərəqqisi naminə yorulmadan çalışır, xalqımızın firavanlıq, təhlükəsizlik şəraitində yaşayışını təmin edir.
Aksiyada öz fikirlərini bölüşən partiya fəalları bundan sonra da cənab Prezident İlham Əliyevin ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında mütəşəkkil qaydada birləşəcəklərini bildirdilər.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO