Belarus Respublikasında səfərdə olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayəndə heyəti bu gün Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrında olub, teatrın kollektivi ilə görüşüb.
Bu barədə “İki sahil”ə teatrın mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı teatrlar arasında əməkdaşlıq müqaviləsi də bağlanıb.
Həmçinin qeyd olunub ki, Musiqili Teatr sabah Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər