28 iyun 2022 17:23
2166

Lətifə Soyuöz: Uzun müddətdir buna hazırlaşıram, çox həyəcanlanıram

İyunun 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının konserti olacaq. 

 

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində çıxış edənlər arasında müğənni Lətifə Soyuöz də yer alıb. Bir neçə aydır konsert üçün məşqlər edən sənətçi tam fərqli çıxış olacağını bildirib. 

"İki mahnı səsləndirəcəm. Filarmoniya səhnəsi üçün tam fərqli bir çıxış olacaq. Artıq uzun müddətdir məşq edirəm. Çox həyəcanlanıram. İnanıram ki, əla alınacaq" deyə, Lətifə bildirib.