29 iyun 2022 13:57
1007

Nikah Almaniyada, toy İtaliyada olacaq

İllərdir sevgili olan türkiyəli aktrisa Özge Gürel və aktyor Serkan Çayoğlu Almaniyada nikaha daxil olacaqlar.

"İki sahil" "Hürriyet Kelebek”ə istinadən xəbər verir ki, mərasim iyulun 16-da baş tutacaq.

Cütlüyün toyu isə İtaliyanın Verona şəhərində olacaq. Bu, avqustun 13-nə təsadüf edəcək.

Qeyd edək ki, illər əvvəl yayımlanan “Kiraz mevsimi” serialının çəkiliş meydançasında tanış olan və münasibətə başlayan Özge ilə Serkan iki həftə əvvəl nişanlanıblar.