"Neçə dəfə sual veriblər, cavabımız isə qalmaqala səbəb olub. Deyirlər, qız övladını oxumağa qoyursunuz? Bir çox sənət dostum, eləcə də mən deyirəm, yox".
“İki sahil” xəbər verir ki, bu sözləri müğənni Eldəniz Məmmədov "Həmin Zaur" proqramında deyib. O bildirib ki, qız övladını oxumağa icazə verməz:
"Çox çətin sənətdir. Həm ailə sahibi olasan, həm övlad böyüdəsən, həm studiyaya gedib mahnı oxuyasan, həm evdə yoldaşa yemək bişirəsən. Çətindir... Xanım ifaçıların işi çətindir. Mən buna görə "yox" deyirəm. Görürəm xanımlar necə əziyyət çəkirlər".
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər