Dünyaca məşhur ifaçı Laura Perqolizzi (LP) ilk dəfə Azərbaycana gələcək.
“İki sahil” xəbər verir ki, sənətçi sentyabrın 30-da Bakıda konsert verəcək.
Tanınmış amerikalı müğənni-bəstəkar 2021-ci ilin sonunda işıq üzü görən “Churches” adlı son albomundan yeni mahnılar səsləndirəcək.
Müğənni Bakı Konqres Mərkəzində baş tutacaq gecədə “Lost on you” başda olmaqla, sevilən hitlərini səsləndirəcək.
Qeyd edək ki, ulduz yaradıcılığından başqa, Çer, Rihanna, De Bəkstreet Boys, Selin Dion, Kristina Aqilera və başqaları üçün mahnılar yazıb.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər