Amerikalı aktrisa Bevin Prinsin həyat yoldaşı Uilyam Frend faciəli şəkildə dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, Uilyam dostları ilə Şimali Karolina ştatının Masonboro adasında qayıqda gəzintidə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib. 33 yaşlı Uilyamı qəzadan sonra xəstəxanaya çatdırmaq istəsələr də o, təcili yardım maşınında həyatını itirib.
Qeyd edək ki, cütlük 2 il əvvəl pandemiya səbəbindən sözügedən əraziyə köçərək burada yaşayıb. Onlar 2016-cı ildən ailəli olub.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər