Futbol üzrə qadınlardan ibarət millilərin Afrika çempionatında Zambiya yığması hücumçusu və kapitanı Barbara Bandasız debüt etməli olub.
O, tibbi səbəblərə görə komandadan uzaqlaşdırılıb.
Məlumatda qeyd olunur ki, bir neçə yerli jurnalist Barbaranın iştirak etməməsinin əsl səbəbini, orqanizmində yüksək testosteron səviyyəsinin aşkarlanmasında görür. Onun kişi olduğu bildirilir.
Zambiya Futbol Federasiyası məsələyə biganəlik göstərir ki, bu da yerli azarkeşlərin narazılığına səbəb olub.
Xatırladaq ki, 2020-ci il Olimpiya Oyunları zamanı da Zambiya millisinin heyətində oxşar hallar baş vermişdi. Belə ki, qadınlardan ibarət millinin heyətində Naçule Reyçel və Reyçel Kundanancinin də kişi olduğu müəyyən olunmuşdu. Buna görə Zambiya Futbol Federasiyası Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ciddi xəbərdarlıq almışdı.
Fanat.Az