Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
“İki sahil” xəbər verir ki, nazirliyin müraciətində deyilir:
"Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Unutmayın, aydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin".
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır