Türkiyəli aktrisa Pelin Batu həyat yoldaşı Macit Bitargildən boşanıb.
“İki sahil” xəbər verir ki, cütlüyün ayrılmasına səbəb fikir ayrılığı olub. Pelin və Macit bir-birindən təzminat tələb etməyib. Onlar övladlarının ortaq qəyyumluğunu alıblar.
Qeyd edək ki, 2018-ci ildə Romada ailə quran ikilinin 1 övladı var. Bir müddət əvvəl ürək-damar cərrahı olan Macitin Pelinə şiddət tətbiq etdiyi üçün ayrıldığı deyilsə də, aktrisa xəbərləri təkzib etmişdi.