Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində keçirilən sessiyasında müzakirə olunacaq məsələlər açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.
“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində bu gün işinə başlayan sessiyası çərçivəsində Azərbaycanın xarici siyasətinin prioritet məsələləri, habelə regional və qlobal gündəliyin aktual mövzuları müzakirə olunacaq”, - nazir qeyd edib.
***
13:08
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində keçirilən sessiyası öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ hesabında qeyd edilib.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edirlər.
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib