Ukraynanın Sumı vilayətinin Novaya Sloboda kəndində 1942-ci ildə nasistlər tərəfindən qətlə yetirilmiş uşaq, qadın və qocalar da daxil olmaqla, 600 yaxın şəxsin xatirəsi yad edilib.
Bu barədə “İki sahil”ə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan bildirilib.
Bildirilib ki, 2020-ci ildə Azərbaycanın Fəxri konsulluğu tərəfindən “Kədər zəngi” abidəsinə Xocalı soyqırımı ilə bağlı da informasiya lövhəsinin qurulması təklifi irəli sürülüb.
Belə ki, “Kədər zəngi” memorialına Kryukova, Liditse, Xatın, Pirçupis qətliamları həsr olunmuş informasiya lövhəsi əlavə edilib.
Artıq memorial kompleksdə Xocalı soyqırımı ilə bağlı informasiya stendi quraşdırılıb.
Qeyd olunub ki, memorial kompleks Azərbaycanın Fəxri konsulluğunun himayəsinə götürülüb, onun saxlanılması və abadlaşdırılması üçün işlərə dəstək göstərilir.
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib